Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

13-07-2017 [12:15]


İyulun 14-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə  21-24° isti, gündüz  31-36° isti, Bakıda gecə  22-24° isti, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  759  mm civə sütunu, nisbi rütubət  gecə 70-75%,  gündüz  50-55 %  təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°,Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti olacaq.
 
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz  bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. 
 
Şərq küləyi  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.
 
Havanın temperaturunun gecə 20-25° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz  20-25° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA