Bu gün Bakıda 41-42 dərəcə isti olacaq

img

28-07-2010 [12:45]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah günəşli hava şəraiti müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27?, gündüz 36-39?, bəzi yerlərdə 41 ?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30? isti olacaq. İyulun 30-da günəşli hava proqnozlaşdırılır. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27?, gündüz 36-39?, bəzi yerlərdə 41? təşkil edəcək. İyulun 31-də də günəşli hava olacaq, şimal- şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27?, gündüz 36-39? təşkil edəcək. Azərbaycanın rayonlarında iyulun 29-da günəşli, şərq küləkli hava gözlənilir. Havanın temperaturu gecə 20-25?, gündüz 37-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 15-20?, gündüz 28-33? olacaq. İyulun 30-31-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27?, gündüz 37-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 15-20?, gündüz 29-34? təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA