Rüfət Aslanlı 65 min manat maaş alır? - Palatadan cavab gəldi

img

11-07-2017 [19:43]


Bu gün bəzi KİV-lərdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumat dərc edilib.

Məlumatda Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlının ayda 65 min manat, müavinlərinin hər birinin 38000, icraçı direktorun 18000, departament direktorlarının 10000, sıravi işçilərin isə 800-1500 manat rəsmi məvacib aldığı iddia edilib.

KİV-də və sosial şəbəkələrdə tirajlanan iddialarda təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir.

Guya Rüfət Aslanlının maaşı prezidentin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan 325 dəfə çoxdur. 

Modern.az bu iddialarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından cavab almağa çalışıb.

 Palata sorğuya cavab olaraq yayılmış məlumatları təkzib edib:

"Bu cür məlumatlar həqiqətə uyğun olmadığından şərhə ehtiyac görmürük. Bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA