Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın - Açıqlama + FOTO

img

11-07-2017 [15:49]


Bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.

Mia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazilrliyi xəbər yayıb.

Bildirilib ki, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib:

"Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.  Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi  və operativ tədbirlər davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA