Bu layihə üzrə məktəbləri sayı artdı - Mikayıl Cabbarovdan yeni əmr

img

11-07-2017 [11:18]


Bakı və Sumqayıt şəhərləri üzrə "Sağlam Təhsil - Sağlam Millət” layihəsi tətbiq olunan və layihəyə yeni cəlb olunan ümumtəhsil məktəblərinin sayı artırılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci dərs ilində ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinin genişləndirilməsi barədə əmr verib.

Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin "Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən, "Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində "Sağlam Təhsil - Sağlam Millət” pilot layihəsinin tətbiqinə başlanıb. Hazırda layihə Bakı və Sumqayıtda 35 tam orta məktəbdə icra olunur.

2017-2018-ci dərs ilində Bakı və Sumqayıt şəhərləri üzrə "Sağlam Təhsil - Sağlam Millət” layihəsi tətbiq olunan və layihəyə yeni cəlb olunan ümumtəhsil məktəblərinin siyahısı təsdiq edilib:

"Əmrə əsasəbn, layihə hazırda 45 sinifdə icra edilir. Növbəti dərs ilindən isə layihəyə 7 sinif cəlb olunacaq. Nəticədə ümumilikdə 52 sinifdə "Sağlam təhsil-sağlam millət” layihəsi tətbiq ediləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA