Ermənistan mətbuatından gülünc iddia - Ordumuzdan 6 ay əvvəl tərxiis olunmuş əsgər haqda yalan xəbər yayıblar

img

10-07-2017 [20:41]


"Facebook” sosial şəbəkəsində "Vətən sağ olsun” adlı istifadəçiyə istinadla Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2017-ci il iyulun 2-də Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı Ermənistan mətbuatında məlumat yayılıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Nağıyev Həsən Əli oğlu həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib:

"O, 2017-ci ilin yanvarında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağdır və Şəmkir rayonunda yaşayır. Dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmənin maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA