10-07-2017 [16:35]
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb.
Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi” çərçivəsində Abşeron rayonu Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.İyul ayının 10-da layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova son illər Xırdalan şəhərinin əhalisinin 2 dəfədən çox artdığını, bu səbəbdən mövcud su və kanalizasiya şəbəkəsinin şəhəri tam əhatə etmədiyini bildirdi: "Bu gün təməli qoyulan içməli su və kanalizasiya layihəsi bütün şəhəri əhatə edəcək. Abşeron sakinləri hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edib və hesab edirik ki, bu layihə ölkə başçısının yerli sakinlərə böyük hədiyyəsidir. İnanıram ki, bu layihənin icrası nəticəsində bütün şəhər əhalisinin içməli su problemi öz həllini tapacaq, sakinlər fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq”.
"Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkə əhalisininfasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verərək bildirdi ki, hazırda respublikanın əksər şəhər və rayon mərkəzlərində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur: "Azərsu” ASC 7 beynəlxalq maliyyə instiutu ilə əməkdaşlıq edir və bu qurumlarla 20-dən artıq layihə reallaşdırır. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyəsi ilə həyata keçirilən layihə Xırdalan şəhərinin həm içməli su, həmdə kanalizasiya probleminin tam həllinə imkan verəcəkdir”.
Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 200min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.
Layihəyə əsasən, Xırdalan şəhərinə içməli su Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən veriləcək. Bu məqsədlə Ceyranbatan-Zirə magistral kəmərinin marşrutu üzərində hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı tikiləcək və anbarlardan şəhərə 4,5 km magistral su xətləri çəkiləcək. Xırdalan şəhərində ümumi uzunluğu 168 km olan paylayıcı su şəbəkəsi yaradılacaq, 21200 ünvana ev birləşməsi veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulur.
Layihə çərçivəsində Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhərdə 109 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, kanalizasiya quyuları tikiləcək, ev birləşmələri veriləcək.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi də Azərbaycan Hökuməti ilə Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilir. Qəsəbədə tikinti quraşdırma işlərinin birinci mərhələsi üzrə işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi