"SOCAR hər zaman Türkiyənin dəstəyini hiss edib" - Rövnəq Abdullayev

img

10-07-2017 [11:11]


"SOCAR hər zaman Türkiyənin dəstəyini hiss edib". 

Buunu İstanbuldakı XXII Dünya Neft Konqresində çıxışı zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"SOCAR olaraq "Petkim", TANAP, STAR, "Petlim" və digər həyata keçirdiyimiz layihələrdə Türkiyənin dəstəyini daim hiss etdik", - deyə R. Abdullayev bildirib.

"Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətinə toxunan SOCAR prezidenti bunları deyib: "Avropanın qaza olan tələbatı 7,1% artıb. Azərbaycan digər tədarükçülərlə birgə bu tələbatı ödəməyə hazırdır. "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan, Türkiyə və Avropanın uzunmüddətli mənafeyinə uyğun layihədir".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA