"Yeni tələblər ortaya qoyulmalıdır" - PA rəsmisindən dövlət qulluğuna qəbulla bağlı tələb

img

10-07-2017 [10:14]


Dövlət orqanları dövlət qulluqçularının işinin qiymətləndirməsini düzgün həyata keçirməli, kadr potensialından düzgün istifadə etməlidir.

Bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının (PA) Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov deyib.

Y.Hüseynov bildirib ki, qiymətləndirmənin nəticəsindən asılı olaraq, dövlət qulluqçularının həvəsləndirilməsinə diqqət yetirilməlidir. Dövlət qulluqçularının ixtisasının artırılması ilə bağlı yeni tələblər ortaya qoyulmalıdır.

O xatırladıb ki, ümummilli lider Heydər Əliyevin dövründə Azərbaycanda dövlət qulluğu sahəsində islahatlar aparılıb. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericlik bazası yaradılıb".

PA rəsmisi qeyd edib ki, Azərbaycanda dövlət qulluğuna qəbul və bu sahədə fəaliyyətin davam etdirilməsi üçün qanunvericlikdə dəyişiklik edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA