Neft Daşlarında intihar - Rəis özünü 9 mərtəbəli binadan atdı

img

09-07-2017 [13:48]


Bu gün Neft Daşlarında dəstə rəisi intihar edib.

Mia.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb və nəticədə dünyasını dəyişib.

Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA