Ərdoğan yenə Almaniyaya mesaj verdi: "Əgər mən Almaniya siyasi intihar edir deyirəmsə..."

img

09-07-2017 [00:10]


"Almaniya siyasi intihar edir". 

Bunu  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.  
 
"Burada siyasi azadlıqlardan söhbət gedə bilməz. Əgər mən Almaniya siyasi intihar edir deyirəmsə, deməli bu məhz siyasi intihardır. Bu bumeranq kimidir, atan kimdirsə, onun üzərinə qayıdır”, - deyə Ərdoğan rəsmi Berlinin onun Hamburqda həmvətənlərinin qarşısında çıxışına qadağa qoymasını şərh edərkən bildirib.   
 
Qeyd edək ki, Almaniya XİN rəhbəri Ziqmar Qabriel bundan əvvəl Ərdağanın G-20 sammiti çərçivəsində Hamburqdakı  həmvətənləri ilə görüşməsi planının tədbirin gündəliyinə uyğun gəlmədiyini bildirib. O, digər ölkələrin daxili problemlərinin Almaniyaya gətirilməsini və ya başqa dövlətlərin seçkiqabağı kampaniyalarının ölkə ərazisində keçirilməsini yersiz adlandırıb/APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA