08-07-2017 [23:24]
ATƏT Parlament Assambleyasının Belarusun paytaxtı Minskdə keçirilən 26-cı illik sessiyası çərçivəsində iyulun 8-də Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin təşəbbüsü ilə "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” təsis edilib.
Təsis yığıncağını açıq elan edən Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı rəhbəri və Milli Məclisin sədr müavini Bahar Muradova İpək Yolunun tarixi rolundan danışaraq onun müasir dünyadakı əhəmiyyətini qeyd edib. Bahar Muradova "İpək Yoluna Dəstək Qrupu”nun yaradılmasının üzv ölkələr üçün xüsusi önəm daşıdığını vurğulayıb, iştirakçı ölkələrə bu təklifə dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edib.
Azay Quliyev çıxışında ATƏT PA-nın prezidenti Kristine Muttonenə, baş katib Roberto Montellya, Monteneqronun spikeri İvan Brayoviçə, Bosniya və Herseqovinanın spikeri Borisa Çolaka, nümayəndə heyətlərinin rəhbərlərinə tədbirdə iştirak etdiklərinə və irəli sürdüyü təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. Qrupun məqsəd və məramından danışan Azay Quliyev belə bir təşəbbüsün reallaşmasının "İpək Yoluna Dəstək Qrupu” ölkələrinin bir-birinə daha da yaxınlaşmasına, ATƏT dəyərlərinin təşviqinə, üzv ölkələrin milli maraqlarının təmin olunmasına və onlar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafına töhfə verəcəyini bildirib.
ATƏT PA-nın prezidenti Kristine Muttonen çıxışında Assembleyada "İpək Yoluna dəstək Qrupu”nun yaradılması ideyasını yüksək qiymətləndirib və onu təşkilat üçün mühüm və maraqlı təşəbbüs adlandırıb. Xanım K.Muttonen qrupa olan yüksək marağı da qeyd edərək onun gələcəkdə parlament diplomatiyasına və ölkələrarası dialoqa xüsusi töhfə verəcəyinə inandığını qeyd edib.
Baş katib Roberto Montella da öz növbəsində ATƏT PA-da belə bir qurumun yaradılmasını alqışladığını və qurumun vitse-prezidenti Azay Quliyevin təşkilatda göstərdiyi aktiv fəaliyyəti təqdir etdiyini bildirib.
Daha sonra çıxış edən Monteneqronun spikeri İvan Brayoviç, Rumıniyanın nümayəndə heyətinin rəhbəri Viktor Ponta, Gürcüstan nümayəndə heyətinin üzvü və ATƏT PA-nın vitse–prezidenti George Sereteli, Albaniyanın nümayəndə heyətinin rəhbəri Arta Dade, Serbiyanın nümayəndə heyətinin rəhbəri Stefano Miladinoviç, İspaniyanın nümayəndə heyətinin üzvü, UNESCO-nun İpək Yolu şəbəkəsinin rəhbəri Joze Maria Çikuillo, İsveçrənin nümayəndə heyətinin rəhbəri Filippo Lombardi və digərləri ATƏT PA-da "İpək Yoluna Dəstək Qrupu”nun yaradılması təşəbbüsünü dəstəklədilər.
Müzakirələrdən sonra "İpək Yoluna Dəstək Qrupu”nun yaradılması ilə bağlı Protokolun rəsmi imzalanma mərasimi oldu.
17 ölkənin - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukraynanın təsisçiliyi ilə "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” təsis edilib.
Sonda isə Azay Quliyev yekdilliklə Qrupun əlaqələndiricisi, Mirkamal Əlizadə isə qrupun katibi seçilib. (AzərTAc)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi