G-20 başa çatdı: ABŞ bəyanata imza atmadı, Merkel "Ankara ilə fərqliliyimizi gizlədə bilmədik" dedi...

img

08-07-2017 [20:09]


Dünyanın ən güçlü iqtisadi gücünə sahib olan 20 ölkənin liderlərinin qatıldığı Almaniyanın Hambruq şəhərində keçirilən G-20 sammiti bu gün başa çatıb.

Mia.az xəbər verir ki, iki gün davam edən sammitə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudi Ərəbistan, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, İngiltərə, ABŞ və Avropa Birliyinin rəhbərləri qatılıblar. 

Sammitin ilk günündə terrora qarşı birgə qəbul edilən 21 maddəlik sənədi bu gün Almaniyanın baş naziri Merkel bağlanış mərasimində oxuyub.

Bundan başqa sammitin sona çatmasından sonra bütün liderlərin imza atdığı ortaq bir bəyanat yayılıb. Bəyanatda iqlim dəyişikliyi və açıq ticarətlə bağlı müzakirələrin önəmi vurğulanıb. Həmin bəyanatda iqlim dəyişikliyi ilə bağlı anlaşmaya ABŞ imza atmayıb.

Bağlanış mərasimində Merkel Türkiyə haqda da açıqlama verib. O, "Türkiyə G-20 zirvəsinə böyük dəstək oldu. Düzdür, Türkiyədəki həbslər və İncirlik bazası ilə bağlı aramızda fikir ayrılıqları var. Təəssüf ki, bu fərqliliyimizi və fərqli baxışlarımızı burada da gizlədə bilmədik", - deyə, bildirib.

Merkel, eyni zamanda, Hamburqda G-20-yə qarşı iki gün davam edən etirazları da qınayıb və baş verən iğtişaşlarda zərər çəkənlərin hər birinə yardım edəcəklərini bəyan edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA