08-07-2017 [11:22]
Yasamal rayonu, II Alatava qəsəbəsində, Bakı Avtovağzalı Kompleksinin yaxınlığında çoxmərtəbəli binaların tikintisi davam edir. Uzun müddətdir ki, adıçəkilən ərazidə tikinti işləri müəyyən səbəblərdən dayansa da, bir neçə gündür yenidən prosesə start verilib.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, bu ərazi sürüşmə zonası hesab olunduğundan tikinti prosesi aidiyyəti qurumların tələbi ilə dayandırılıb. Lakin qeyri-müəyyən əsasla yenidən tikinti davam etdirilir.
Ərazidə 10-a yaxın yaşayış binası yerləşir. Binalardan bir neçəsi yaşayış üçün tam hazır vəziyyətə gətirilsə də, digərlərində təmir və tikinti işləri davam etdirilir. Yerli sakinlərin dediyinə görə, əvvəllər bu binalarda mənzil satışı dayandırılsa da, son zamanlar satışa start verilib.
Müşahidələrimiz zamanı da binaların həyətində mənzil almaq üçün müraciət edən vətəndaşlar gözə dəydi. Öyrəndik ki, tikinti aparan şirkət Ziya Məmmədova məxsus olan "MAİN Construction” LTD-dir.
Alatava sakinləri ilə söhbət zamanı bəlli olur ki, sovet dövründə həmin ərazidə kimsəsiz uşaqlar üçün pansionat yerləşib, lakin sürüşmə zonası olduğundan həmin ikimərtəbəli binanı söküblər: "Bildiyimiz odur ki, 10 ildir bu binaların tikintisi davam edir. 2008-2009-cu illərdə ilk iki binanın inşasına başlanıldı. Sonradan ətrafdakı həyət evlərini alıb, binaların sayını çoxaltdılar. 2-3 il fasilədən sonra ərazidə tikinti işləri yenə başladı. Binalar keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Alatava camaatı buranı ”Ziyanın binaları" kimi tanıyır".
Onu da qeyd edək ki, satış şöbəsinin əməkdaşları da binanın Ziya Məmmədova və qardaşı Elton Məmmədova məxsus olduğunu bildirdilər. Müşahidələrimiz zamanı hazır binalarda çox az sayda ailənin məskunlaşdığının şahidi olduq. 20 mərtəbədən ibarət olan binada sükut hökm sürür.
Məhəllə sakinləri bunun səbəbini ərazinin sürüşmə zonası olması ilə əlaqələndirdilər: "Tam hazır vəziyyətdə olan 4-5 bina var. Lakin mənzil almağa gələn yoxdur. Bura barədə tez-tez xəbərlər yayılırdı ki, sürüşmə zonasıdır. Bəlkə də ona görə camaat qorxur. Sözün açığı, bu ərazi sürüşməyə meyllidir. Nə qədər betonlasan da, təhlükə riski böyükdür. Bildiyiniz kimi, Bakı Avtovağzalı Kompleksinin yolu çökdü. Çatlar, yarğanlar əmələ gəldi. Dövlət bu binalara nəzarət etməli, yüzlərlə vətəndaşın həyatı riskə atılmamalıdır”.
Binaların yerləşdiyi ərazinin sürüşmə zonası olub-olmadığını öyrənmək üçün ekoloq Telman Zeynalovla əlaqə saxladıq. O bildirdi ki, həmin ərazinin sürüşmə zonası olması haqqında rəsmi məlumat yoxdur: "Mən ərazini sürüşmə zonası hesab etmirəm. Son dövrlər Abşeron ərazisində həddindən çox yataqlar var. Neft, qaz istehsal etdikdə boşluqlar yaranır. Bu səbəbdən çoxmərtəbəli binalar çökə bilər. Ən qorxulusu budur. Xəzərin səviyyəsi 2030-cu ildə 1 metr 50 santimetr qalxacaq. Əgər çökmə baş versə, binaların zirzəmiləri suyun altında qalacaq. Hökumətin bu barədə nə düşündüyünü bilmirəm. Bu işləri icra edəndə mütəxəssisləri cəlb etməlidirlər, bu sahədə çalışan QHT rəhbərlərinin təcrübəsindən istifadə etməlidirlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi