Dünyanı bölən iki lider görüşdü: "Sizinlə görüşmək fəxrdir" - Trampın mesajına Putin necə cavab verdi? + VİDEO

img

07-07-2017 [20:50]


Almaniyanın Hambruq şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü baş tutub.

Mia.az xəbər verir ki, ABŞ prezidenti ilə Vladimir Putin ilk dəfə belə təkbətək görüşüblər. 

Görüşü ilk açan Tramp Putinə deyib ki, bu görüşlərinin xoş olacağını gözləyir: "Söhbət və müzakirə edəcəyimiz çox məsələ var. Rusiya və ABŞ üçün əla işlər görmək üçün səbirsizəm. Şəxsən sizinlə görüşmək isə mənimçün fəxrdir".

Putin isə bu görüşədək telefon danışıqlarına işarə edərək, bildirib ki, telefonla aparılan müzakirələr yetərli olmur, onun üçün də tez-tez belə üz-üzə görüşməyə ehtiyac var.

2 saat sürən təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli müzakirələr aparılıb.

Danışıqlarda ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak ediblər.

Görüşdən sonra açıqlama verən Putiin bildirib ki, Trampla Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər: 

"Bizim çox uzun sürən danışıqlarımız oldu. Suriya və Ukraynadakı vəziyyətlə yanaşı, digər mövzular, o cümlədən ikitərəfli münasibətlər, terrorizmlə mübarizə və kibertəhlükəsizlik məsələləri ilə bağlı müzakirələr apardıq"

Onu da qeyd edək ki, iki liderin təkbətək görüşündən az sonra ABŞ-la Rusiyanın Suriyanın cənub-qərbində tətbiq edilən atəşkəsin detallarını razılaşdıqları haqda rəsmi açıqlama verilib. Bildirilib ki, razılaşma bazar günündən qüvvəyə minəcək.

Mia.az 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA