Putinin qaldığı otelə basqın edildi - Almaniyada etirazlar böyüdü

img

07-07-2017 [19:32]


G20 sammitinin əleyhdarları Hamburqda Rusiya prezidenti Vladimir Putin və onunla gələn nümayəndə heyətinin yerləşdiyi "Park Hyatt" otelinə basqın ediblər.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılarla otelin mühafizəçiləri arasında insident yaşanıb.

Sözügedən oteldə Cənubi Koreya prezidenti Mun Çje İn, həmçinin Avstraliya baş naziri Malkolm Ternbull da yerləşib.

Putinin mətbuat katibi Dmitri Peskov insident barədə məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, Putin hazırda Hamburqun başqa rayonunda – sammitin keçirildiyi yerdədir. 

Almaniyanın "Bild" qəzetinin yaydığı bu məlumatı Hamburq polisi də təsdiqləməyib. Lakin polisdən bildiriblər ki, şəhərin hər tərəfində etirazlar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA