Putin dünyaya ilk mesajını verdi, Trampla ilk dəfə əl tutdu - G20 zirvəsindən önə çıxan mövzular + VİDEO

img

07-07-2017 [14:12]


Dünyanın ən güçlü iqtisadi gücünə sahib olan 20 ölkəsinin liderləri Almaniyanın Hambruq şəhərində keçirilən G20 zirvəsində bir araya gəlib.

Mia.az xəbər verir ki, zirvədə dünyadakı iqlim dəyişikliyi, miqrant köçü, ticarət və terror olayları ana gündəmin mövzularıdır.

Zirvəyə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudi Ərəbistan, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, İngiltərə, ABŞ və Avropa Birliyinin rhbərliyi qatılıblar. 

Mia.az xəbər verir ki, G20-də ev sahibi Merkel bütün liderləri tək-tək qarşılayıb. 

Putinlə Tramp da zirvədə ilk dəfə görüşüb, bir-birinin əlini sıxıblar. 

Putin zirvədə ilk mesajını verib. 

O, zirvəyə qatılan bütün ölkələri terrorla mübarizədə tam gücünü ortaya qoymağa çağırıb.

Onu da qeyd edək ki, Türkiyəni zirvədə prezident Ərdoğan tutur. Onun bölgədəki müharibə və Qətərlə bağlı böhrana daha çox diqqət ayıracağı gözlənilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA