07-07-2017 [12:52]
"Körpə Zəhranın faciəli ölümü yalnız içində Qarabağ dərdini yaşayan azərbaycanlılar üçün deyil, millətindən, dinindən asılı olmayaraq, körpə ölümünə acıyan normal düşüncəli bəşər insanı üçün də üzüntü yaratdı".
Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, cəmiyyətin məsələyə reaksiyası da anlaşılan və yerində olub:
"Hər kəs öz imkanları daxilində öz duyğularını, düşüncələrini, etirazını ortaya qoymağa çalışdı. Burada həm səmimi şəkildə Zəhranın ölümünü dünyaya çatdırmaq işinə qoşulmuş insanları da, populist yanaşma sərgiləyənləri də təqdir etmək lazımdır, çünki Azərbaycanın haqlı davasının təbliği baxımından hər birinin hansısa məqamda faydası ola bilər. Ancaq bir sıra yanaşmalar var ki, bunların daha dəqiq cilalanması daha məqsədəuyğun olardı. Məsələn, qızının ölümündən sonra Zəhranın atasının işlə təmin olunması barədə məlumatın tirajlanmasına xüsusi zərurət yoxdur. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı kimi onun işlə təmin olunması yaxşı haldır, burda kimin rolu olubsa Allah ondan razı olsun, ancaq mətbuatda bu tirajlananda bir qədər fərqli rezonans verə bilər. İmkan varsa, bütün işsiz Azərbaycan vətəndaşları işlə təmin olunmalıdır, buna görə illah da kiminsə övladının ölümünü gözləmək lazım deyil ki?".
Fazil Mustafanın sözlərinə görə, yerlərdə səlahiyyətli şəxslər işsiz insanların hamısının məşğulluğu üçün yollar axtarmalıdırlar, sahibkarları təşviq etməlidirlər ki, qalıcı iş yerləri açsınlar, yaxşı maaş versinlər ki, insanlarımız dolanışıq sıxıntısı çəkməsinlər:
"Digər bir məsələ, bir çoxlarının Zəhranın faciəli ölümünü təbliğ etmək yerinə bundan istifadə edərək digər insanları qaralaması, təhqir etməsidir. Televiziyanın tanınmış ekiz bacı aparıcıları əvvəlcədən planlaşdırılmış şəkildə qardaşlarına toy edirlər. Hamı təhqir etməyə başlayır ki, niyə toyunuzu təxirə salmamısınız! Bax bu cür saxta, qondarma vətənpərvərliyə qarşı mütləq fikir bildirmək lazımdır. Yaxud da filan televiziya niyə konsertini yarıda kəsmədi? Adama deyərlər ki, sən öz işinlə məşğul ol, günahsız uşağın öldürülməsi ilə bağlı təbliğat kampaniyası üçün əlindən gələni et, başqa insanların davranışını müzakirə etmə, özgəsinin yaşamına burun soxma!
O insanlar ki, sosial şəbəkədə, mətbu çıxışında məhz bu ölümlə bağlı toplumun hisslərinə sataşırlar, o zaman hansısa sərt reaksiyaya haqq qazandırmaq olar. Əks halda bütün azərbaycanlılara irad bildirmək olar ki, niyə Şuşa, Kəlbəcər, Laçın işğal olunandan sonra 25 ildir toy edirsiniz, Aprel şəhidlərinin ölümündən bir il keçib, hər gün konsert verirsiniz, ümumiyyətlə, Qarabağ gedib, niyə yeyib-içirsiniz, hava alırsınız? Belə çıxır ki, bir neçə gün hamının səmimi və ya süni olsun, kədərli görünməyi kifayət edir, sonra istədiyimiz kimi əylənə bilərik. Halbuki sağlam düşüncəli insan anlayır ki, biz müharibə içindəyik, ölümüzü dəfn edib ağlaya-ağlaya qala bilmərik, dünyanın qarşısında şux duruşumuz davam etdirməliyik. Toyumuzu da etməliyik, yarışımızı da keçirməliyik, təbliğatımızı da aparmalıyıq, cəhbədə savaşımızı da yürütməliyik, Cocuq Mərcanlını da bərpa etməliyik, dərsimizi də oxumalıyıq, şeirimizi də yazmalıyıq! Vətənpərvərlik- hər kəsin Vətənin bu günü və gələcəyi üçün imkan və bacarığını başqasının həyatına boylanmadan fədakarlıqla ortaya qoymasıdır. Yoxsa, "qonşum əsgərlikdən yayınırsa, o zaman mən də əsgər getmirəm", yaxud da "niyə filan varlının oğlu ölmür, mənim oğlum şəhid olur" mühakiməsi ilə məsələyə yanaşsaq, özümüzə aid olan məsələlərin həllindən yayınmağa istənilən bəhanə tapmaq çətin deyil ki...".
Deputat sonda fikirini belə bitirib:
"Körpə Zəhranın ölümü ilə Qarabağla bağlı dünyanın aparıcı güclərinin siyasəti dəyişməyəcək, ancaq bizim düşməni ifşa kampaniyamız üçün birlikdə hərəkətimiz, yardımlaşmamız üçün, beynəlxalq arenada işğalçı dövlətin vəhşiliyini ifşa etmək üçün mövcud arqumenti doğru tirajlamaq, eşitməyən qulaqlara çığırmaq imkanımız yaranıbsa, o zaman hədəfdən yayındırıcı işlərlə məşğul olmağa dəyərmi?".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi