"Qan tökülməsinin dayanmasına ümid edirik" - Rəsmi Minsk

img

07-07-2017 [12:30]


Belarus Azərbaycanda dinc sakinlər arasında qurbanların olmasından təəssüfünü bildirir və həlak olanların yaxınlarına başsağlığı verir.

Bu, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçikin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Qan tökülməsinin dayanmasına ümid edirik və bir daha ifadə edirik ki, bütün məsələlər danışıqlar masası arxasında dialoq yolu ilə həll edilməlidir”/Trend.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA