"Həlli uzanmış və təhlükəli münaqişənin yeganə həlli..." - BMT-dən Qarabağ açıqlaması

img

07-07-2017 [11:29]


BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar. 

Bunu brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bəyan edib.

O, bütün tərəfləri istənilən hərbi fəaliyyətdən çəkinməyə və vəziyyətin deeskalasiyası və zorakılığın qarşısının alınması üzrə addımlar atmağa çağırıb:

"Biz iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc insanların həlak olması ilə nəticələnən zorakılıqla əlaqədar ATƏT-in Minsk qrupunun bəyanatını dəstəkləyirik".

S.Düjarrik bildirib ki, "həlli uzanmış və təhlükəli münaqişənin" yeganə həlli tezliklə danışıqlar masasına qayıtmaqdır/Trend.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA