ABŞ-dan 2 yaşlı Zəhranın qətli və Qarabağın gələcəyinə reaksiya: "Bu region üzrə siyasətimiz açıq-aydındır..."

img

07-07-2017 [11:15]


"ABŞ əvvəlki kimi, iyulun 4-də Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq hissi keçirir”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-da keçirilən ənənəvi brifinqdə bildirib:

"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz qurbanların ailələrinə dərin hüznlə səmimi başsağlığımızı bildirmək istərdik".

Mətbuat nümayəndəsi deyib: "ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır. Bizim bu region üzrə siyasətimiz açıq-aydındır, – münaqişə gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə həll oluna bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA