06-07-2017 [21:00]
Bakı şəhəri, İçərişəhər Cümə Məscidi dini icmasının sədri Hacı Surxay Məmmədli iyulun 4-də işğal altında olan ərazilərimizdə yerləşmiş təcavüzkar Ermənistan və separatçı "DQR” hərbi birləşmələrinin beynəlxalq hüquq normalarının tələblərini pozan qanlı və vəhşi əməlləri ilə bağlı bəyanat yayıb.
Mia.az-a daxil olan və müqəddəs Qurani-Kərimin təkvir surəsinin 9-cu ayəsi ilə başlayan bəyanatda bildirilir:
"Bismillahir Rahmənir Rahim!
"Axı, o, hansı günaha görə öldürüldü?"; soruşulacağı zaman; Əməl dəftərləri açılacağı zaman;
Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
Cəhənnəm alovlandırılacağı zaman;
Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
Tarixlər boyu insanlığa, bəşəriyyətə qarşı qanlı cinayətlər törədən şəxslər son anda Allah Taala tərəfindən cəzalandırılıb. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərini öldürmək, yaşayış yerlərini dağıtmaq məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti dəfə qanlı təxribata əl atdılar. Cinayətkar Serj Sarkisyan rejimi 1 yaş 8 aylıq Quliyeva Zəhranı, eyni zamanda onun nənəsi - Allahverdiyeva Sahibə İdris qızını qətlə yetirməsi ilə uca Rəbbimiz qarşısında günahları üzərinə daha bir günah yazıdlar və onlar axirətdə cənəhhəm atəşində yanmağa məhkumdurlar.
İçərişəhər Cümə Məscidi dini icması baş verən hadisəylə bağlı bəyan edir ki, qaniçən Serj Sarkisyan rejimi bilavasitə beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozaraq, qeyri-insani siyasətinə sadiq qalıb və bir daha sübut olunub ki, onlar heç bir beynəlxalq qanunlara hörmət etmirlər.
Bu kimi ürək ağrıdan hallar tarixlər boyu təkrarlanıb və dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərinə görə pisləyir, cinayətkarların haqlı olduqları cəzanı almalarını tələb edirik.
İçərişəhər Cümə Məscidi dini icması bəyan edir ki, dünya birliyi baş verən hadisəyə biganə yanaşmamalı, işğalçı Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüz və təxribat halları qətiyyətlə pislənilməli, cinayətkarlar öz cəzalarına çatmalı, ölkəmizin haqlı tələbinə ədalətli şəkildə yanaşılmalıdır.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi