06-07-2017 [18:09]
Urmiya şəhərində İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşü keçirilib.
Mia.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, səfərin ilk günü Azərbaycan Gömrük Xidmətinin nümayəndələri İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadət ilə görüşüb.
Vali bütün sahələrdə qarşılıqlı əlaqələrin, o cümlədən gömrük münasibətlərinin arzuolunan səviyyəyə çatdırılmasının hər iki ölkənin və xalqlarımızın maraqlarına xidmət etdiyini önə çəkərək müştərək görüşlərin əhəmiyyətindən danışıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İran İslam Respublikasının yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında ildən-ilə inkişaf edən münasibətlərin iki ölkənin qarşılıqlı əlaqələrinə müsbət təsir etdiyini vurğulayıb.
İyulun 3-də Urmiya şəhərində keçirilən İran-Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşündə İran tərəfdən Qərbi və Şərqi Azərbaycan vilayətləri gömrüklərinin rəisləri, rəis müavinləri, Biləsuvar, Astara, Ərdəbil, Culfa, və Poldəşt gömrük idarələrinin rəisləri, Urmiya Yol İdarəsinin tranzit məsələləri şöbəsinin müdiri və digər məsul şəxslər iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov, Astara, Culfa, Şahtaxtı gömrük idarələrinin rəisləri, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, "Naxçıvanterminalkompleks" Birliyinin rəisi və digər məsul əməkdaşlar yer alıblar.
Qərbi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Pərviz Təqəvi gömrük xidməti nümayəndələri arasında keçirilən müştərək görüşlərin qarşılıqlı olaraq gömrük orqanlarının fəaliyyətinin daha da yaxşılaşdırılması, prosedurların sadələşdirilməsi və asanlaşdırılması istiqamətində müzakirələrin aparılması və mövcud çətinliklərin aradan qaldırılması yollarının tapılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Məmmədov iki ölkə arasında ticarətin həcminin artırılması, beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçidməntəqəsinin, o cümlədən digər gömrük orqanlarının fəaliyyətinin arzuolunan səviyyəyə çatdırılması, tranzit imkanların maksimum dəyərləndirilməsi, avtonəqliyyat vasitələrinin keçidi zamanı yaranan problemlərin aradan qaldırılması, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsi naminə işlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.
İranın Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Ələsgər Abbaszadə iki ölkə arasındakı münasibətlərin gömrük əlaqələrinin də inkişafına müsbət təsir etdiyini, ticarətin və gediş-gəlişin ildən-ilə artdığını vurğulayıb.
Sonra İran gömrüyündə üç ildir tətbiq edilən "bir pəncərə" prinsipi ilə bağlı təqdimat olub. Qeyd olunub ki, bu sistem üzərindən 22 dövlət təşkilatının "on-layn" qaydada birgə fəaliyyəti təmin edilib.
Görüşdə hər iki tərəfdən gömrük idarələri rəislərinin iştirakı ilə qarşılıqlı şəkildə keçidin daha da sadələşdirilməsi və asanlaşdırılması, ticarət əməliyyatlarının və tranzitin artırılması istiqamətində müzakirələr aparılıb.
Tərəflər Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçidməntəqəsinin iş vaxtının 12 saatdan 16 saata çatdırılması, avtonəqliyyat vasitələrinin gömrük sərhədində yubanması hallarının qarşısının alınması, sığorta işinin səmərəli təşkili, gömrük nəzarətinin "bir dayanacaq" prinsipi əsasında həyata keçirilməsi, xüsusən də minik avtonəqliyyat vasitələri üçün gömrük-sərhəd buraxılış məntəqələrində tələb olunan sənəd və ödənişlər baradə əvvəlcədən elektron qaydada məlumat verilməsi imkanlarının dəyərləndirilməsi və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.
Hər iki tərəf gömrük prosedurlarının asanlaşdırlması və sadələşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.
Görüşdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrom gömrük idarələri arasındakı əlaqələrin koordinasiyası üçün hər iki ölkədə gömrük katibliyinin yaradılmasını, Türkiyə Gömrük Xidməti nümayəndələrinin də iştirakı ilə üçtərəfli formatda görüşlərin təşkil olunmasını təklif edib.
Gömrük xidməti nümayəndələrinin müştərək görüşlərinin ildə bir dəfə olmaqla davam etdirilməsi qərara alınıb və növbəti görüşün gələn ilin mayında Azərbaycanın Biləsuvar şəhərində keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi