06-07-2017 [16:24]
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 4-dən 6-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında, 56-cı Büro və 49-cu Daimi Komitələrinin iclaslarında iştirak edir.
Mia.az xəbər verir ki, bu barədə Əftaltun Amaşovun özü "Feysbuk"dakı səhifəsində məlumat verib.
Bildirib ki, sessiyada təşkilata üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı məruzə edib.
Ə.Amaşov çıxışında qaldırılan məsələnin qurumun hələ ötən iclaslarında gündəmə gətirildiyini xatırladıb. Qara dənizin strateji əhəmiyyətindən söz açan deputat bildirib ki, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında başlıca həlqə kimi qiymətləndirilən region onu əhatə edən təşkilatın daha effektiv fəaliyyət göstərməsini bir növ zərurətə çevirib. Mövcud xüsusda Azərbaycanın oynadığı rolu qabardan Ə.Amaşov ölkəmizin dünya enerji siyasətindəki mövqeyini qabardıb.
Deputat həmçinin bildirib ki, regionun təbii imkanları neft və qaz kimi ənənəvi enerji resursları ilə yanaşı alternativ mənbələrə də müraciət üçün imkan verir. Ancaq dünya ictimaiyyətini iqlim dəyişikliyi, ekoloji problemlər, yaşıllıqların qırılması və sair məsələlər də ciddi şəkildə narahat etməyə başlayıb. Mövcud amil Avropa Birliyi və digər mötəbər təşkilatların hesabatlarında əksini tapır.
Ə.Amaşov, onu da bildirib ki, energetika sahəsindəki qlobal tendensiyalar regionun, ümumilikdə isə Avrasiya materikinin yeni enerji xəritəsinin formalaşmasını zərurətə çevirməkdədir. Ancaq perspektiv planların tam şəkildə reallaşması üçün bölgənin ekoloji təmizliyinin təminatı da mütləqdir. Bütün bunlar enerji siyasətinin insan rifahına zərər gətirməyən yeni texnologiyalardan bəhrələnməklə həyata keçirilməsini mühüm vəzifə kimi müəyyənləşdirməkdədir.
"Dünyanın demək olar, əksər ölkəsində qeyri-ənənəvi enerji mənbələrinin praktik istifadəsi reallaşdırılır. 2050-ci ilədək həmin mənbələrin qlobal enerji balansındakı payının 35 faiz arması gözlənilir. İnkişaf etmiş ölkələrdə bu enerji mənbələrindən istifadənin artım sürəti o qədər böyükdür ki, 2050-ci ilədək onların ənənəvi enerji təminatının 70 faizini əvəzləyəcəyi proqnozlaşdırılır. Ümumən hazırda qeyri-ənənəvi enerji mənbələrindən istifadəyə üstünlük verilir. Çünki onların min illik insan tələbatını ödəyəcəyi nəzərdə tutulur. Buna görə də dünyanın aparıcı ölkələrində mövcud istiqamətdə layihələr reallaşdırılmaqdadır. Ancaq yenə də bildirirəm ki, bu layihələr ilk növbədə ekoloji tarazlığın qorunmasını prioritet seçməlidir. Faydalılıqda vacib amil budur”, - deyə Ə.Amaşov vurğulayıb.
Qeyd edək ki, sessiyada Ə.Amaşovla yanaşı QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏTPM-in sədr müavini Musa Quliyev, deputat Jalə Əliyeva da iştirak ediblər.
Mia.az

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi