Prezident İlham Əliyevdən Nazarbayevə məktub - Mətn

img

06-07-2017 [15:45]


Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi 77 illiyi ilə münasibəti ilə təbrik edib.

Azərbaycan prezidenti məktubda Qazaxıstan prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində Qazaxıstanın sosial-iqtisadi və mədəni inkişafını qeyd edib, Qazaxıstanın qlobal proseslərdə fəal iştirak etdiyini vurğulayıb.

İ. Əliyev Azərbaycanla Qazaxıstan arasında dostluq və mehriban qonşuluq ənənəsinin qorunmasında Qazaxıstan prezidentinin xidmətlərini yüksək qiymətləndirib: "İnanıram ki, bir-birinə tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında münasibətlər, tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gələcəkdə də dinamik və davamlı şəkildə inkişaf edəcək. Bu gözəl gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA