iqtisadi inkizaf Nazirliyi yararsız ərzaq malları satan mağazaların siyahısını açıqladı

img

26-07-2010 [03:40]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqini keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nəsimi rayonunda Cavadxan küçəsi, ev 24, mənzil 2 ünvanında yerləşən ?Sarı market?də, 28 may küçəsi, 50 ünvanında yerləşən ?Mətin market?də, Nərimanov rayonunda - Ak. H.Əliyev küçəsi, ev 55 ünvanında yerləşən ?Çinar market?də; - Atatürk prospekti, ev 31 ünvanında yerləşən ?XXI əsr market?də; - Ə.Ağaoğlu küçəsi, ev 9 ünvanında yerləşən ?Səməd market?də; - Həsənoğlu küçəsi, ev 16, mənzil 2 ünvanında yerləşən ?Zəhra market?də; - F.X.Xoyski prospekti, ev 99 ünvanında yerləşən ?Ruslan market?də; - F.X.Xoyski prospekti, ev 138a, mənzil 1 ünvanında yerləşən ?Hüseyn market?də; - Təbriz küçəsi, ev 99, mənzil 31 ünvanında yerləşən ?Zəngəzur market?də; - Ağa Nemətulla küçəsi, 45 ünvanında yerləşən ?Qızıl Xum? kafesində; - Həsənoğlu küçəsi, ev 14A ünvanında yerləşən ?Nərmin market?də; - Ü.Bünyadzadə küçəsi, ev 5/27, mənzil 3 ünvanında Seyfəddin Alıyevə məxsus topdansatış obyektində; - Ə.Rəcəbli prospekti, ev 59, 1960-cı məhəllədə yerləşən ?Life market?də; Binəqədi rayonunda 9-cu mikrorayon, H.Babaşov küçəsi, 11 ünvanında yerləşən ?Zeytun market?də; Yasamal rayonunda N.Hikmət küçəsi, ev 26, mənzil 76 ünvanında yerləşən ?İdeal market?də; Qazax şəhərində H.Əliyev prospektində yerləşən ?7 Qaya market?də; Ağstafa şəhərində H.Əliyev prospekti, 2 ünvanında Akif Ələkbərova məxsus mağazada; Mingəçevir şəhərində H.Əliyev prospekti, 53 ünvanında yerləşən ?Sahibim? mağazasında, Puşkin küçəsi, 18 ünvanında yerləşən ?Ramil market?də; Qusar rayonunda Hil kəndində Şəfa Şıxzadayevaya məxsus mağazada; Daşkəsən rayonunda H.Əliyev prospektində Natiq Nəbiyevə məxsus mağazada; Balakən şəhərində H.Əliyev prospektində Vaqif Bayramova məxsus mağazada; ümumi çəkisi 317 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA