Rəsmi Moskva erməni vəhşiliyinə belə şərh verdi: "Növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik"

img

06-07-2017 [12:24]


Rusiya Xarici İşlər Nazirliyi bügünlərdə Füzuli rayonunun Alxanlı kəndində baş verən son insident zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı diləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq", – M.Zaxarova vurğulayıb.

O, rəsmi Moskvanın ATƏT-in Minsk qrupunun zorakılığın dayandırılması və müzakirələrə yenidən başlamaqla bağlı son bəyanatını dəstəklədiyini bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA