06-07-2017 [12:21]
Macəra axtarışında olan tanınmış ictimai fəal Bəxtiyar Hacıyev turist kimi getdiyi Mərkəzi Amerika ölkələrində pis hadisələrlə üzləşib. Konkret olaraq Yamaykada xoşagəlməz hadisənin qurbanı olan B.Hacıyev həbsxanaya salınıb.
O, bu haqda özünün Facebook səhifəsində yazıb:
"Son üç günümü turist kimi gəldiyim Yamaykada həbsxanada keçirdim. Hava limanında sərhədçi qadın Azərbayan vətəndaşlarının hava limanında viza almalı olduqlarını dedi və məni başqa otağa dəvət etdi. Mən də pasport və digər sənədləri verib gözlədim, qadın rüsum üçün nəğd pul və ya kart verməyimi istədi, kartımı verdim və gözlədim. Otağa girən-çıxan çox idi, qadın çöldə gözləməyimi istəyəndə, kredit kartımı geri istədim. Bunu xoşlamayan qadın sərhədçi "o zaman sizə viza vermirəm” dedi və pasportuma möhür vurdu.
Bundan sonra Yamayka Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib "sizi növbəti reysə qədər güvənli bir yerə aparmalıyıq” dedilər. Mən növbəti reysimin 2 gün sonra Panamaya olduğunu, hava limanından kənara çıxmaq istəmədiyimi desəm də, məni məcbur şəhər mərkəzindəki "Horizon” adlı həbsxanaya gətirdilər. Orada kriminallar kimi davranıb, üstümü yoxlayıb, saldılar həbsxana kamerasına. Nə qədər zəng, vəkil, su və s. tələb etsəm də, sözün əsl mənasında heyvan kimi davranıb, qulaqardına vurdular. Hətta bəziləri su istəyəndə gedib soyuducudan su götürüb, içirdilər, gözümün qabağında. Vəkil istəmişdim, bir rahibə çağırmışdılar ki, şikayətini ona et.
Nəhayət, Panamaya reysimin bu gün olduğunu bilərək, həbsxana rəhbərliyinə bildirdim ki, mən bu gün uçmalıyam, uçmasam, əvvəldən alınmış başqa biletlərim də batır. Həbsxana rəhbərliyi vecinə de almırdı, deyirdilər, immiqrasiya idarısi nə vaxt istəsə, onda da gəlib götürəcək səni. Nəhayət, həbsxanada qarşılaşdığım tək ağdərili həkime məsələni izah etdim, dedi, səni çox yaxşı başa düşürəm, bu ölkə belədir. Öz tanışlarıma zəng edəcəm, buradan sonrakı biletlərini göstərərik, çıxarsan. Mənə qısa müddətlik internet təşkil etdi, mən həm biletləri çap etdim, həm də dostlara məlumat verdim bu barədə. Yamaykada insanlıq görmədim, vəhşilik, heyvanlıq və əclaflıq gördüm. Nə dövlət qurumları arasında kommunikasiya var, nə sənədləşmə, nə insan hüquqlarına hörmət. Hərə gəlir bloknotuna qələmlə nə isə yazıb gedir. O adam getdisə, ikincisinin məsələdən xəbəri olmur.
Şükür, indi o cəngəllikdən çıxmışam. Sabah Boqotaya gedəcəm, səhv xatırlamıramsa, orada konsulluğumuz olmalıdır. Həm ora, həm də qayıdanda rəsmi olaraq Xarici İşlər Nazirliyinə müraciət edəcəm, araşdırsınlar ki, Azərbaycan vətəndaşına niyə viza verməyiblər, vermirlər, cəhənnəmə versinlər, bəs həbsxanaya niyə göndərirlər? Məncə, kimliyinden asılı olmayaraq, XİN Azərbaycan vətəndaşı ilə belə davranışı araşdırmalı, cavablarını verməlidir”.
Hazırda Kolumbiyanın paytaxtı Boqotoda olan B.Hacıyev bundan əvvəl Puerto-Riko və Dominikan respublikalarında turist səfərində idi. O, Dominikan Respublikasındakı vəziyyətdən də narazılıq etmiş və orada da xoşagəlməz hallarla üzləşmişdi/Modern.az.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi