Azərbaycan prezidenti ilham Əliyev almaniyalı həmkarına bazsağlığı verib

img

26-07-2010 [02:20]


Azərbaycan prezidenti İlham Əliyev Duysburq şəhərində keçirilən ?Love Parade? musiqi festivalında baş vermiş faciə ilə bağlı almaniyalı həmkarı Kristian Vulfa başsağlı verib. "Duysburq şəhərində baş vermiş faciə barədə xəbər məni olduqca sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", deyə dövlət başçısının məktubunda qeyd olunub. Xatırladaq ki, Almaniyada keçirilən ?Love Parade? musiqi festivalı faciəyə çevrilib. Ölkənin qərbində yerləşən Duysburq şəhərində keçirilən texno-musiqi festivalında yaranan kütləvi basırıq zamanı ölənlərin sayı 19-a, xəsarət alanların sayı isə 340 nəfərə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA