Heydər Əliyev adına Ali Hərbi Məktəbdə yanğın olub, 50 müdavim təxliyyə olunub

img

26-07-2010 [02:17]


Bakı şəhəri, Xətai rayonunda Müdafiə Nazirliyinə məxsus H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən görə, məktəbin dördmərtəbəli kazarma binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60kv.m. olan yataq otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə ötən axşam baş verib. Yanğın zamanı 50 müdavim yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğından bina mühafizə olunub. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA