Berlindəki Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriləcək - Açıqlama

img

05-07-2017 [21:03]


İyulun 9-da Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.

 Bu barədə məlumat Dünya Azərbaycanlıları Assambleyasından Mia.az-a məlumat verilib.

Bildirilib ki, aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbiçilərinin mülkü şəxsləri atəşə tutması və nəticədə ana və körpəsinin erməni gülləsindən vəfat etməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.

Akiyada səsləndiriləcək şüarlar bunlar olacaq: "Sarkisyan uşaq qatilidir”, "Terrora , təcavüzə dur deyirik”,  "Uşaq ölümlərinə son” , "Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” 

Mitinqlə bağlı icazə Alman polisinə xəbərdarlıq məktubu bugün təqdim ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA