AMEA-da kadr dəyişiklikləri oldu - Yeni təyinatlar

img

05-07-2017 [17:40]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında bir sıra kadr məsələlərinə baxılıb.
 
AMEA-dan APA-ya verilən məlumata görə, Rəyasət Heyətinin qərarı ilə hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib.
 
Eyni zamanda, texnika üzrə elmlər doktoru Hikmət İbrahimov AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin olunublar.
 
Elçin Seyfullayev isə AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA