"Təxribatlara 5-10 misli cavab verilməlidir" - Generaldan təhdid

img

05-07-2017 [15:17]


"Yaşayış məntəqələrimizin mərmi atəşinə tutulması düşmənin növbəti çirkin təxribatıdır”.

Bu barədə açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. General vurğulayıb ki, düşmən vəziyyəti gərgin olaraq saxlamağa çalışsa, nəticəsi onlar üçün daha ağır olacaq:

"Alxanlıda törədilən təxribata silahlı bölmələrimiz tərəfindən layiqli cavab verilib. Düşmən susdurulub. Hesab edirəm ki, erməni təxribatlarının qarşısı daha kəskin formada alınmalıdır. Yəni, təxribatlara 5-10 misli cavab verilməlidir”.

General-leytenant hesab edir ki, təxribatlar Ermənistanın daxilindəki qeyri-stabil vəziyyətlə əlaqədardır:

"Bu təxribatlarla Ermənistanın hərbi-kriminal rejimi daxili problemlərdən vətəndaşların diqqətini yayındırmağa çalışır. Rejim insanları aldatmaq istəyir. Ermənistan tərəfinin təxribatı Azərbaycanın üzərinə atmaq niyyətinə gəlincə, deyə bilərəm ki, bu, onların savadsızlığından irəli gəlir”.
azvision



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA