Ötən gecə Ermənistan ordusuna zərbə - 5 hərbçisi öldürülüb, 4 nəfər yaralanıb

img

05-07-2017 [14:50]


Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 4 nəfəri yaralanıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 4 yaralı hərbi qulluqçu aparılıb.

 Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.

"Ermənistan  Müdafiə Nazirliyi komandanlığı bu rejimlə bərabər xalqdan həqiqəti nə məqsədlə gizlədir? Cəbhədə davam edən gərginlikdən sonra həmişə olduğu kimi ordunun itki vermədiyi haqqında məlumat verildi. Aprel döyüşlərində də belə edirdilər. Ordu komandanlığı dəyişdi, amma itkilərin sayında heç nə dəyişmədi”, - məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, Ağdərədə (Mardakert)yerləşən hərbi hissələrdən birində hərbi qulluqçular arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA