05-07-2017 [14:03]
Bu barədə "Qafqazinfo”ya açıqlama verən Z. Oruc qeyd edib ki, şübhəsiz ki, cəbhə xəttində on illərdir ki belə təxribatlar şəraitində yaşayırıq: "İctimai rəy, Azərbaycan vətəndaşları, bu istiqamətdə fəaliyyət aparan xarici kampaniyalar hərb və sülh şəraitinə bir qədər öyrəşiblər. Ancaq bu, heç bir halda qəbuledilən, həzm olunan hadisəyə çevrilməməlidir. Cəbhə xəttində baş verən belə qətillər Ermənistan Prezident Adminstrasiyasının birbaşa göstərişi ilə reallaşır. Ölkənin iqtisadi, sosial problemlərini həll etməkdən daha çox hər gün plan olaraq hansı cəbhə məkanında Azərbaycana qarşı terror, təxribat, diversiya fəaliyyətlərinin sifarişini verirlər. Gündəlik bununla bağlı Qarabağdan Ermənistan rəhbərliyinə raportlar verilir.
Gördüyünüz kimi, həyatını itirən şəxslərdən birinin iki yaşı var. Bu o deməkdir ki, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatların qurbanı məhz körpələrdir. Biz 90- ci illərdən danışmırıq. Söhbət XXI əsrdəki hadisələrdən gedir. Əminəm ki, Azərbaycan Ordusu Zəhranın qisasını alacaq. Ancaq məsələ ondadır ki, Füzuli cəbhəsi ərazisinin 20 faizə qədər hissəsinin Azərbaycan nəzarəti altında olmağı ilə fərqlənir. Digər hissə isə ermənilərin 20 ildən artıqdır ki, işğalı altındadır. Əgər biz Qarabağın digər hissəsindən inzibati ərazi vahidi kimi muxtar vilayətin ərazisindəki toqquşmalardan danışsaydıq, belə demək mümkündür ki, sadə ermənilərin beynini azdırıblar. Onlar ciddi basqılar altından özlərinə bir saxta vətən xəyalı qurublar və onun döyüşünü aparırlar. Ancaq Füzuli cəbhəsində ermənilərin vətən deyəcəyi bir məkan yoxdur.
Təxminən iki ay öncə həmin ərazilərdə məskunlaşma ilə bağlı erməni milyonçusunun köməyi ilə inşa edilən evləri yutub sistemində yayımlamışdılar. Bu informasiya terronunun bir hissəsidir. Ölkəni vadar etmək istəyirlər ki, Silahlı Qüvvələr real addımlar atsınlar. Son hadisələr onu göstərir ki, danışıqlar hər hansı nəticəyə aparıb çıxarası deyil. Sən Azərbaycan insanını öldürdükcə orada birgə yaşayışı tamamilə aradan qaldırırsan. Düşünürəm ki, Azərbaycan əvəz olaraq bir erməni ailəsinin iki üzvünü və onun içərisindən də körpələri seçəsi deyil.
.jpg)
Biz yenidən ATƏT-in həmsədr ölkələrinə müraciət edirik. Bu qurbanlar hər bir ölkənin vətəndaşları ola bilərdilər. Nə qədər ki Qarabağ məsələsində yanaşma ən azı Ukraynadan, hətta Gürcüstadan və digər ölkələrdən fərqli qoyulacaq, hətta Avropa Birliyi Azərbaycanın ən yüksək tərəfdaşına çevrilmək istəyib ancaq imzaladığı sazişlərdə Azərbaycanın bütövlüyü məsələsini sual altında qoyacaq, cəbhə xəttində Zəhraların həyatı təhlükə içərisində olacaq. Ona görə də bizim üçün Azərbaycan siyasiləri bu hadisələr üzərindən ən kəskin narazılığı ermənilərə nifrətimizi bildirməklə bu vəziyyətə aparan şəxsləri qınamaqla addımlar atmalıyıq. Zəhranın üzərindən Sarkisyanı və separatçı şəxsləri insan haqları üzrə məhkəməyə vermək realdır. Ölkə içərisində faəliyyət göstərən siyasi təşkilatları bu hadisə üzərindən Sarkisyanı məhkəməyə verməyə çağırıram”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi