05-07-2017 [13:37]
«Biz gözləmə mövqeyində dayandıqca ermənilər daha da azğınlaşacaqlar. Artıq o qədər azğınlaşıblar ki, dinc əhalini hədəfə alıblar. Onlara adekvat cavab verilməlidir».
Bu fikirləri cəbhədə baş verən hadisəyə münasibət bildirərkən mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, artıq qərar verməyin zamanıdır: «Mən yenə də deyirəm. Azərbaycanda hakim komanda daxilində də ermənilər kimi dövlətin maraqlarına işləyənlər var. Nə qədər ki, qocalar evindəki kiflənmiş beyinlər təmizlənməyib, hər tərəfdən belə təzyiqə məruz qalacağıq. Bu adamlar ölkədə elə vəziyyət yaradıblar ki, Qarabağ da unudulur, müharibə də. Nə qədər ki, Rusiyadan tapşırıq alanlar var, vəziyyət bu şəkildə davam edəcək».
Partiya sədri onu da nəzərə çatdırıb ki, ermənilər hər zaman Azərbaycana qarşı soyqırım törədiblər, bu gün də həmin fəaliyyətlərini davam edirlər: «Düşünürəm ki, ermənilər heç vaxt Qarabağı bizə dinc yolla verməyəcək. Erməniləri gətirib Bakıda komfort həyat yaşadanlar səlahiyyət sahibi olacaqlar, biz öz yerimizdə sayacağıq. Dövlət maraqlarına zidd olan adamlar bütün sektorlara hakim komandaya, mediaya və digər sahələrə yerləşdiriliblər. Onları da təmizləmək lazımdır. Həm ölkə daxilindəki problemlərin həllində, həm də Qarabağ cəbhəsində uğur qazanmaq üçün milli birliyə nail olmalıyıq. Hakimiyyət daxilindəki bəzi qüvvələr imkan vermir ki, siyasi qüvvələr bir araya gəlsin və ölkə ağır durumdan çıxsın. Hətta bəziləri iddia edirlər ki, əgər müharibəyə başlasaq, müxalifət bundan istifadə edib dövlət çevrilişinə cəhd göstərəcəklər. Amma əslində isə belə deyil».

Müsahibimiz onu da vurğulayıb ki, ermənilər Qarabağı xonçada bizə qaytarmayacaq. Onun sözlərinə görə, biz müharibə edib torpaqlarımızı geri qaytarmalıyıq: «Bu, fürsətdir, təcili müharibəyə başlamalıyıq. Bizim dinc sakinimizi öldürüblər, biz də onları qıra-qıra gedib Xankəndinə bayrağımızı sancmalıyıq. Üzümü qardaşıma tutub deyirəm ki, təcili müharibə qərarı verilməlidir. Başda mən olmaqla, partiyamızın 90 min üzvü də müharibəyə getməyə hazırdır. Siyasi qüvvələrə də səslənirəm ki, umu-küsünü kənara qoyub bu məsələdə vahid mövqedən çıxış etməliyik».
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutmuşdur. Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi