04-07-2017 [23:33]
Bu günlərdə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elana görə, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən "Təzə bazar” MMC-nin ləğv edilməsi prosesinə başlanılıb. Həmin MMC Bakıda eyni adlı məşhur bazarın mülkiyyətçisi idi.
Bəs "Təzə bazar” MMC-nin ləğvinin səbəbi nədir? Bakının bu məşhur bazarı fəaliyyətini dayandırır?
Mia.az-ın məlumatına görə, Virtualaz.org yazır ki, "Təzə bazar” bu yaxınlarda mülkiyyətçisini dəyişib, Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarderə satılıb. Sövdələşmənin təfərrüatları isə məlum deyil.
"Təzə bazar”ın adı mətbuatda dəfələrlə qalmaqallarla bağlı çəkilib. Belə ki, bazarın keçmiş sahibi, iş adamı Məmmədağa İbrahimovla şəriki - "Bakı Mərkəzi Bazar” MMC-nin sahibi, Sabirabad rayonun keçmiş icra başçısı Vaqif Şıxəliyev arasında uzun müddətdir ki, mülk davası gedirdi. Hətta bu yaxınlarda Məmmədağa İbrahimov mətbuata açıqlamasında özünün və ailəsinin şəriki tərəfindən təhdid edildiyini bildirmişdi.
.jpg)
İş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, özünün və ailəsinin şəriki tərəfindən ölümlə hədələndiyi haqda məlumat vermişdi. Bundan əvvəl isə dəfələrlə Şıxəliyevin adamları ilə İbrahimovun adamları arasında münaqişələr, kütləvi qarşıdurmalar baş verib. Habelə bazarda bu ilin aprelində müəmmalı yanğın hadisəsi olub.
Nəhayət bu mübahisəli bazar mülkiyyətçisini dəyişib və aldığımız məlumata görə yeni mülkiyyətçi artıq bazarın məsul işçilərini dəyişib, yenilərini təyin edib. Lakin yeni sahibkarın bazarla bağlı gələcək planları məlum deyil. Bəzi şaiyələrə görə bazar söküləcək və yerində yeni, daha müasir bazar tikiləcək.
Sayt Məmmədağa İbrahimovla əlaqə saxlamağa çalışanda məlum olub ki, bazar satılandan sonra iş adamı telefon nömrələrini dəyişib və "əhatə dairəsində” deyil. Buna görə də, onunla ünsiyyət yaratmaq mümkün olmayıb.
Xatırladaq ki, "Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.
Qeyri-rəsmi məlumata görə bazardan hər ay icarə haqqı şəklində 300 min manata yaxın vəsait yığılırdı.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi