04-07-2017 [16:57]
Fransa və Ukrayna alimləri Azərbaycanın palçıq vulkanlarını öyrənir, tədqiqatların nəticələri üzərində dissertasiya işlərini müdafiə edirlər.
Belə ki, "Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Po Universitetinin magistri Teymur Figarov, həmçinin Lil Universitetinin doktorantı Matieu Dupuis və magistri Dofal Antoni Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanında geoloji-geofiziki tədqiqatlar aparıblar. Alimlər qeyd olunun təbiət abidəsinin geoloji və struktur quruluşunu öyrəniblər.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlarda şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, elm işçisi Elnur Baloğlanov da iştirak ediblər. Alınmış nəticələr 2016-cı ilin sentyabr ayında Norveçin Tromso şəhərində keçirilmiş "Dəniz çöküntülərində qaz” adlı XIII beynəlxalq elmi konfransda təqdim olunub. Bundan əlavə, həmin nəticələr əsasında Matieu Dupuis Lil Universitetində fəlsəfə doktorluğu üzrə dissertasiyasını müdafiə edib.
Araşdırmalar 2016-cı ilin mayında GGİ ilə "Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib. Tədqiqatları davam etdirmək üçün 2017-ci ilin mayında tərəflər əməkdaşlığa dair yeni müqavilə imzalayıblar. A.Əliyevin rəhbərliyi ilə Şamaxı-Qobustan, Abşeron və Şirvanın cənub-şərqində bir neçə palçıq vulkanında geoloji, geokimyəvi və geofizki tədqiqatlar aparılıb. Hazırda nəticələrə dair məqalələr hazırlanır. İki fransalı gənc tədqiqatçı nəticələrin mövzusu üzrə Lil Universitetində fəlsəfə doktorluğu və magistratura dissertasiyaları ilə əlaqədar elmi iş müdafiə etməyi planlaşdırır.
Ölkəmizin palçıq vulkanlarına dair digər tədqiqatlar "Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” mövzusuna köklənib. Bu istiqamətdə araşdırmalar GGİ-nin Palçıq vulkanizmi şöbəsi ilə Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası və Çökmə Filizəmələgəlməsi Bölməsinin (DGÇFB) əməkdaşları tərəfindən həyata keçirilir. Məqsəd müxtəlif regionlarda intişar tapmış palçıq vulkanlarının spesifik-genetik xüsusiyyətlərini, geoloji-geokimyəvi faəliyyətlərini müqayisəli təhlil etmək olub. Tədqiqatların yekununda Azərbaycanın palçıq vulkanlarının araşdırlmasında iki yeni istiqamət müəyyənləşdirilib. Onlar palçıq vulkanı brekçiyasında aksessor və fəsil minirellaşmanın araşdırılması ilə əlaqədardır.
İlkin tədqiatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis, və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.
Bu ilin aprel-may aylarında şöbənin əməkdaşları Abşeron, Xəzəryanı-Quba, Şamaxı-Qobustan və Şirvanın cənub-şərqində ekspedisiya işləri həyata keçiriblər. Ümumən 15 palçıq vulkanından götürülmüş nümunələr hazırda analiz olunurlar. İyun ayında O.Abbasov DGÇFB-də tədqiqatların gedişatını həmkarları ilə müzakirə edib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi