04-07-2017 [15:37]
Tanınmış bəstəkar, Aygün Səmədzadənin Facebook statusu dünəndən etibarən müzakirə mövzusuna çevrilib. Hətta bəziləri bəstəkarın statusunu başqa səmtə yönəldərək, tam fərqli şəkildə müzakirəyə çıxarıblar.
Mia.az xəbər verir ki, Aygün Səmədzadə Modern.az-a eksklüziv açıqlamasında onu qınayanlara cavab verib.
"...onlardan biri olduğumdan məmnunam”
O, görünən, tanınan və sözlərinə əhəmiyyət verilən biri olmağından məmnun qaldığını dilə gətirib:
"Görünən adamlar var və onların dediklərinə əhəmiyyət verilir. Onlardan biri olmağımdan məmnunam.Və bu keyfiyyətimdən heç vaxt sui-istifadə etmirəm. Amma bunun əksini edənlər, yaxşı işlərimizi görməzdən gələnlər, sənəti, savadı olan adamları sosial şəbəkələrdə gözdən salmağa çalışanlar var. Bir status paylaşdım. Cümlə oxuyun və deyin hardadı təhqir?
Şəhər-kənd-rayon ayrı-seçkiliyini mənim adımdan ana xəttinə çevirməklə nəyə nail olmaq istəyənləri anlaya bilmirəm”.
"Mənim yazımı atamın şəkli ilə paylaşan saytlar...”
A.Səmədzadə bildirib ki, yazdığı hər sətirə cavabdehdir. O, üzünü əleyhinə kampaniya aparanlara tutaraq deyib: "Əgər rüşvət almadınız və vermədinizsə, bir yazı bu qədər sancmaz sizi. Əgər Bakını sevirsinizsə, heç nə acığınıza gəlməz. Azərbaycanı sevirsinizsə, yenə də müəyyən nəticə çıxararsınız. Bu qədər kompleksli olmayın. Ən acınacaqlısı bilirsiniz nədir?
Mənim yazımla bağlı tez atamın da şəklini qoyub, xəbər paylaşan saytların addımıdır. Heç bir uğurlu işi, uzun illərin nailiyyətlərini saya almayan adamlar var və bu gün mövzu qıtlığından əziyyət çəkdiklərindən və qərəzli münasibətlərindən bütün sərhədləri pozmağa hazırdırlar. Elə bilirsiniz onlara maraqlıdır o yazının əsl məqsədi?
Onlara hətta bir qrup, heç nədən xəbəri olmayan "nə satırlar alım, nə atırlar tutum” deyənlərin aqressiv şərhləri də lazım deyil. O saytların məqsədi sadəcə, ürək bulandırmaq və heç olmasa bu böhtan başlıqlı yazılarla oxucu toplamaqdı. Tənqid təhqir deyil. Və dəfələrlə dediyim fikri bir daha təkrarlayacağam. Dahilərimiz bu gün də aktuallığı itirməyən əsərlərə görə min dəfə rəhmət eşidir. (Hər biri fərqli bölgədən olan dahilər) Amma kaş ki, "Ölülər", "Danabaş kəndinin əhvalatları”, "Hophopnamə”, "Almaz" , "Dəli Kür” və "İblis” bu qədər aktual qalmayaydı. Kaş ki, "məşədi, 3 manat ver, onu qəzetimdə biabır eliyim" deyənlər Üzeyir bəyin operettasından bayıra çıxmayaydı, kütləvilik ziyalıları daş-qalaq etməkdə deyil, bütöv Azərbaycana xidmətdə özünü göstərəydi”.
"Mən bu şəhəri sevirəm”
Bəstəkar bu məqamda bir haşiyə çıxıb:
"Olmuş əhvalatdır. Uzun illər Bakıda çalışan bir xarici vətəndaş küçə ilə gedərkən iki qadının yedikləri dondurmanın kağızlarını yerə atdığının şahidi olur. Adam zibili yerdən götürüb qadınlara yaxınlaşır və Azərbaycan dilində pis-yaxşı "yerə zibil atmayın, mən bu şəhəri sevirəm” deyir və gedir”...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi