28 həkimin diplomu saxta çıxdı - Nazirlik açıqladı

img

04-07-2017 [13:57]


Bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib.

Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir: "Ali təhsil müəssisələrinin adından istifadə olunmaqla analoji faktlar çox nadir hallarda müşahidə olunur”.

E.Əzizov onu da əlavə edib ki, saxta diplomların sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur.

Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan faktların 20-30 faizi xarici ölkədə oxuyub geri qayıdan şəxslərə aiddir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA