04-07-2017 [11:47]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazilərində meşəsalma tədbirlərinin və mühafizə işlərinin effektivliyinin nəzarətdə saxlanılması, qanun pozuntularının qarşısının alınması məqsədilə meşə sahələrində aparılan yoxlamalar davam etdirilir.
Mia.az ETSN-ə istinadən xəbər verir ki, nazirliyin Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq aprel ayında Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. 10 meşə dolayında həyata keçirilən yoxlama nəticəsində, ümumilikdə 2061,5 m3 həcmində 16204,99 manat məbləğində qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması, həmçinin belə halların bir daha təkrar olunmaması, iş və icra intizamının günün tələbi səviyyəsində təmin edilməsi məqsədilə Departamentin müvafiq əmrinə əsasən 4 mühafizə işçisi işdən çıxarılıb, 7 nəfər barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb. Həmçinin yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün araşdırma materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib, qanunsuz ağac kəsilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda iş istintaqdadır:
"Oğuz MMBM-də aparılmış bu yoxlamanın nəticələrinin müəssisənin fəaliyyətində dönüş yaradıb-yaratmamasını araşdırmaq məqsədilə 20-25 iyun 2017-ci il tarixlərində Nazirlikdə yaradılmış Komissiya tərəfindən meşələrin qorunub mühafizə olunması vəziyyəti yenidən yoxlanılıb. Yoxlama zamanı 9 meşə dolayında, ümumilikdə 292,52 m3həcmində, 1834,30 manat kök üstə nırx dəyərində qanunsuz qırıntı aşkar edilib. Görülmüş intizam tənbehi tədbirlərindən nəticə çıxarılmadığına, əksinə qanunsuzluqlara təkrar yol verildiyinə görə, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyətinin kompleks araşdırılıb başa çatdırılması məqsədilə növbəti dəfə geniş tərkibdə komissiya yaradılıb.
Aparılacaq araşdırmaların obyektiv, hərtərəfli tam həyata keçirilməsi və bu zaman kənar təsirlərin minimuma endirilməsi məqsədilə müəssisənin direktoru Bayram Umarov tutduğu vəzifədən azad edilib. Hazırda komissiya tərəfindən araşdırma davam etdirilir, tam olaraq yekunlaşdıqdan sonra digər cavabdeh meşə işçiləri barəsində də ciddi intizam tənbehi tədbirləri görüləcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi