ilham Əliyev Maldiv xalqını təbrik edib

img

24-07-2010 [05:10]


Prezident İlham Əliyev bütün Maldiv xalqı və dövlət başçısı Məhəmməd Naşidi Müstəqillik günü münasibəti ilə təbrik edib. Dövlət başçısı bu məqsədlə həmkarına təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli prezident, Maldiv Respublikasının milli bayramı ? Müstəqillik günü münasibətilə sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına sülh və firavanlıq diləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA