03-07-2017 [12:17]
Sabunçu rayonu Maştağa qəsəbəsindəki keçmiş Subtropik sovxoz adlanan bağlarda meyvə ağacları kökündən çıxarılaraq daşınır və amansızcasına yandırılır.
Bu barədə Movqe.az-a sakinlər məlumat verib. Sakinlərin bildirdiyinə görə, sovet dövründə sözügedən ərazidə meyvə ağaclarından ibarət bağ salınıb. Bağda zeytun, əncir, badam və digər meyvə ağacları yetişdirilib. Sovetlər Birliyi dağıldıqdan sonra bağ ərazisi pay torpaqları kimi paylanılaraq əksər hissəsi özəlləşdirilib. 42 hektar ərazi isə vaxtı ilə həmin bağlarda çalışanlara tərəvəz məhsullarının əkilməsi üçün icarəyə verilib. Amma sakinlər deyir ki, son üç ildir həmin sahə sakinlərə, bağda vaxtıilə çalışanlara icarəyə verilmir: " Bu bağın ərazisin 700 hektardan çox idi. Özəlləşdirilərək satıldıqdan sonra ərazidə meyvə ağacları qırıldı, kimisi də bağdan torpaq alaraq ev tikdi. 700 hektardan yerdə 42 hektar bağ qaldı. Üç il əvvələ qədər biz həmin bağdan torpaq icarəyə götürərək göy-göyərti, tərəvəz əkirdik. Amma üç ildir ki, 42 hektarın sahibi Hüseyn Seyidov ərazini sakinlərin istifadəsinə vermir. Ötən ayın 7-dəeşitdik ki, bağ ərazisini tikinti üçün hansısa şirkətə satıb. Gedib gördük ki, həmin şirkət bağın ərazisindəki zeytun və digər meyvə ağaclarını kökündən çıxardaraq aparır, ərazini kənd təsərrüfatı təyinatlı torpaq statusundan çıxartmaq üçün yerdə qalan zeytun ağaclarını yandırır. Biz nə qədər çalışsaq da, bunun qarşısını ala bilmirik. Vaxtıilə əkib böyütdüyümüz meyvə ağacları gözümüzün qarşısında beləcə məhv edilir. Ağacların söndürülməsi üçün çağırdığımız yanğınsöndürən maşınlar isə bağın girişində dayanaraq yanğına heç bir müdaxilə etmirlər. Aidiyyatı qurumlardan xahiş edirik ki, illərdir salınan bu meyvə bağının məhv edilməsinin qarşısını alsınlar. Bu bağdan icarəyə götürülən torpaq sahələrindən onlarla sakin tərəvəz əkərək evinə çörək aparırdı. Bunu da bizə çox gördülər. İndi isə bağda ağacları məhv edirlər”.
Mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi