Bakıda kirayə evlər ucuzlaşdı – Qiymətlər + VİDEO

img

03-07-2017 [00:32]


Bakıda kirayə ev bazarında ucuzlaşma müşahidə olunur. 3 ay əvvəlki qiymətlərlə hazır ki qiymətlər arasında 40 -50 manat fərq var.

Rieltorlar kirayə mənzil bazarında ucuzlaşmanı mövsümlə əlaqələndirirlər. Yayda bir çoxlarının rayonlara üztutması və xüsusuilə də universitet tələbələrinin tətilə çıxması sektora ciddi təsir edir.

Ucuzlaşma əsasən yeni tikililərdə və nisbətən bahalı evlərdə müşahidə olunur.

Kirayə mənzil bazarında qiymətlərin sentyabr ayından yenidən qalxacağı gözlənilir. Ekspertlər mənzil kirayələmək istəyənlərə indidən özlərinə münasib ev axtarmağı tövsiyyə edirlər. /xezerxeber.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA