Elmira Süleymanova Qəbələdə ictimai dinləmə iztirak edib

img

24-07-2010 [03:34]


İyulun 24-də Qəbələdə ombudsman Elmira Süleymanovanın iştirakı ilə ?İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı?nın icra vəziyyəti ilə əlaqədar növbəti ictimai dinləmələr keçirilib. Tədbirdə rayon rəhbərliyi, qəsəbə və kənd icra nümayəndəlikləri və bələdiyyələrin, hüquq mühafizə orqanlarının, dairə seçki komissiyalarının rəhbər və məsul işçiləri, QHT-lərin nümayəndələri iştirak ediblər. Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonda ?İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı?nın icrası sahəsində görülmüş işlər barədə məlumat verib. Ombudsamn Elmira Süleymanova planın tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər mövzusunda məruzə edib. Müvəkkil ölkəmizdə ombudsman institutunun təsis edilməsi, Milli Fəaliyyət Planının təsdiq edilməsindən ötən dövrdə bu sahədə görülən işlər, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, vətəndaşların seçki hüququnun təmin olunması sahəsində dairə seçki komissiyalarının qarşısında duran vəzifələrdən bəhs edib. 116 saylı dairə seçki komissiyasının sədri seçki məntəqələrində yaradılan şərait, vətəndaşların seçki hüququnun təmini sahəsində görülmüş işlər barədə məlumat verib. Tədbirdə çıxış edənlər rayonda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışmış, əhalinin maarifləndirilməsində Ombudsman tərəfindən ardıcıl olaraq təşkil olunan ictimai dinləmələrin əhəmiyyətini vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA