02-07-2017 [15:16]
17 iyul 1986-cı ildə mehmanxana inizbatçısı və "Sovet Qadınları Komitəsi" adlı təşkilatın üzvü Lüdmila İvanova bircə saatın içində dünya şöhrəti qazanıb.
İlk Leninqrad-Boston, Sovet-Amerika telekörpülərindən biri zamanı "SSRİ-də seks yoxdur" ifadəsini o işlətmişdi. Sonralar bu ifadə bir növ "qanadlı sözə" - zərb-məsələ çevrilmişdi.
BBC müxbiri Dina Nyuman BBC Witness (Şahid) adlı populyar proqram üçün Lüdmila İvanova, habelə telekörpünü amerikalı Phil Donahue ilə birlikdə aparmış sovet jurnalisti Vladimir Poznerlə söhbət edib.
Telekörpünün amerikalı qadın iştirakçılarından biri belə bir sual vermişdi: "Bizdə bütün günü telekanallardakı reklamlar seksin ətrafında dövrə edir, sizdə də belə reklamlar varmı?"
Məhz bu anda Pozner mikrofonu Lüdmila İvanovaya vermişdi. Sonrasını qadının özü danışır:
Lüdmila İvanova: Əvvəla bu seks sözünü heç kim eşitməmişdi, sadəcə təxmin edirdilər bunun nə demək olduğunu. Biz də başa düşürdük ki, bu sözün çox da yaxşı mənası yoxdur. Mən fəal qadın idim və Pozner də milktrofonu mənə verdi. Mən dedim: "SSRİ-də seks yoxdur, bizdə sevgi var". Amma bu hissəni kəsmişdilər.
BBC: Siz dediniz "SSRİ-də seks yoxdur və biz onun əleyhinəyik?"
L.İ: Hə nəsə elə bir şey. "Biz bunun əleyhinəyik" və ya "biz bunu başa düşmürük". İndi yadımda deyil. Amma mən deyəndə ki, "SSRİ-də seks yoxdur" qəhqəhə partlayışı baş verdi. Mən daha heç nə eşitmirdim.
BBC: Yəqin ki, qorxdunuz?
L.İ: Əvvəla qorxdum. Düşündüm ki, nəyisə elə deməmişəm və məni yaxşıca cəzalandıracaqlar. Belə də oldu. Amma məsələ burasında idi ki, biz tapşırığa görə onların nə deməsindən asılı olmayaraq bunları inkar etməli və razılaşmamalı idik. Bundan əvvəl Pozner bizimlə saat yarım söhbət aparmışdı. O deyirdi: "Gözlənilməz suallar olacaq. Onlar sizi bağlamağa çalışacaqlar. Təslim olmayın. Dərhal cavab verin, utanmayın". Mən də çalışırdım ki, tapşırığı yerinə yetirim.
Lüdmila İvanovanı təəccübləndirən bir də amerikalı qadınların bu telekörpüyə münasibəti olub:
Biz əvvəlcə şoka düşmüşdük. Amerikalı qadınlar verilişə cırıq maykalarda, sürtülmüş şalvarlarda və kedalarda gəlmişdilər. Biz isə bəzənib-düzənmişdik, hazırlaşmışdıq. Mən qızıl broşunu mənə versin deyə anama iki gün yalvarmışdım. Bu bizim üçün birinci şok anı idi. Amma onlar özlərini çox sərbəst aparır, saqqız çeynəyirdilər. Bizsə parlaq gözlərimizlə Vətəni qorumağa gəlmişdik

Lüdmila İvanova - Məşhur verilişdən görüntü
BBC: Amma axı qadınların tam sərbəstliyi vardı SSRİ-də. Hətta nikahaqədər cinsi əlaqələr də olurdu...
L.İ: Bəli, amma bunları hamı gizlədirdi. Mən "İnturist"də işləyirdim. Bizə hansısa ərsiz qadın işə gələndə, biz ona deyirdik ki, ya ərə getsin, ya da işdən getsin. Ailə özəyi deyilən bir şey vardı. Mən partiya üzvü idim. Bu barədə hətta partiyanın nizamnaməsində yazılmışdı.
BBC: Deməli bir kommunist kimi sizin nikahdankənar əlaqələriniz ola bilməzdi?
L.İ: Ola bilərdi. Amma bunu ağıza gətirmək olmazdı. Məni "İnturist"dən rüsvayçılıqla qovardılar. Nə etmək olar. İndi heç kəs heç kimi qınamır. Doğrudan da azadlıq var. Amma məni o verilişdə dediyimə görə Sovet qadınları komitəsində əməlli-başlı sıxışdırmışdılar. Az qala komitədən qovacaqdılar. Mən ümumiyyətlə 1995-ci ilə qədər cınqırımı da çıxartmamışdım. 1995-ci ildən sonra məni axtarıb elə hey soruşurdular ki, bizdə seks var, yoxsa yoxdur.
BBC: Yaxşı bəs siz ərinizlə məhəbbətlə məşğul olanda, buna sevgi deyirsiniz?
L.İ: Rusiyada ümumiyyətlə hər şeyə sevgi deyirlər. İndi bunun adı seks olub. Hələ buna görə pul da verirlər. Mən əlbəttə geriqalmış deyiləm. Beş ərim olub. Dördü könüllü şəkildə dünyasını dəyişib. Amma gənclər üçün başqa cürdür. Onlar üçün seks, sevgi, birgünlük əlaqələr, görüşlər - bunlar tam normaldı
Vladimir Pozner deyir ki, proqramın adı "Qadınlar qadınlarla danışır" idi. Bu ikinci kosmik telekörpü idi. Bundan əvvəl Leninqrad və Seattle arasında 1985-ci ildə birinci telekörpü olmuşdu.
Jurnalist deyir ki, ikinci körpü birinci qədər siyasi partlayışa səbəb olmamışdı. Amma tək bu fraza - "SSRİ-də seks yoxdur" nəyə desən dəyərdi.
Pozner deyir ki, Amerika tərəfində belə inam var idi ki, Sovet studiyasına DTK agentliəri olan qadınları yığacaqlar. Yeri gəlmişkən tok-şou janrını ixtira edən Phil Donahue bundan narahat idi. O deyirdi ki, bəlkə öz adamlarını göndərsin və onlar da qadınları seçsinlər.
Elə belə də olub. Amerikalılar gəlib sovet qadınlarını veriliş üçün özləri seçiblər.
İkinci veriliş hazırlananda isə qadınları Bostonda sovet tərəfi seçib.
Pozner bildirib ki, sovet studiyasında olan qadınlarla partiya söhbətləri aparılmışdı. Onlara ciddi təlimat verilmişdi.
Amma jurnalist bunu da bildirir ki, Lüdmila xanım təlimat məsələsini bir az şişirdir. Onlara hər şeyi inkar etmək tapşırılmamışdı. Qadın "İnturist"də işləyirdi. Bu isə ideoloji qurum idi. Sovet adamlarının çoxu belə hallarda nəyi deməyin mümkün olub-olmadığını özləri hiss edirdi.
Vladmir Pozner deyir ki, əslində Boston studiyasında yaşlı bir qadın sual vermişdi. O gileylənirdi ki, nəvəsi bütün günü televizora baxır, orada isə seks və zorakılığı göstərirlər.
Onda Lüdmila İvanova dedi ki, "bizdə seks yoxdur". Zal qəhqəyə qərq oldu. Buna görə də onun sonra dediklərinə heç kəs qulaq asmırdı. Halbuki İvanova televiziyada, məhz televiziyada seks olmadığını demək istəmişdi.
O SSRİ-də yox, bizdə demişdi. Amma nədənsə hamının hafizəsində SSRİ-də seks kimi həkk olunub.
Lüdmila İvanova sonralar Poznerə şikayətlənirmiş ki, adamlar onu küçədə tanıyırlar və bəzən hətta sataşırlar da: "Hə də, belə, SSRİ-də seks yoxdur..." - deyirlər/BBC.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi