Qızmar istilər gəlir - Sabahın hava proqnozu

img

02-07-2017 [12:02]


İyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, cənub küləyi əsəcək.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 20-23° isti, gündüz  32-37° isti, Bakıda gecə  21-23° isti, gündüz  34-36° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, iyulun 3-də hava şəraiti yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 14-19° isti, gündüz  26-31° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA