30-06-2017 [16:50]
Güləş üzrə Olimpiya çempionumuz Toğrul Əsgərovun Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərə görə yığmamızdan imtina edib Türkmənistan millisini seçdiyi haqqında xəbər vermişdik. Federasiyanın Əsgərovun boyun fəqərəsində olan zədənin əməliyyat olunmaması üçün maliyyə ayırmadığını qeyd etmişdik.
"Qafqazinfo” məsələ ilə bağlı yeni detallar əldə edib.
Belə ki, idmançımız boyun fəqərəsində olan zədəni Hindistanda keçirilən klublararası turnirdə alıb. Hər il mütəmadi olaraq təşkil edilən yarışa klublar məşhur idmançıları dəvət edir. Əsgərov adıçəkilən turnirə "CDR Punjab Royals” klubu ilə qatılır. 65 kq çəki dərəcəsində güləşən idmançımız 15 günlük mübarizəyə görə, 35,00,000 INR (52.150 dollar) alıb. Lakin o, burada ciddi zədələnir. Azərbaycana qayıdan Əsgərov bu zədənin federasiya tərəfindən əməliyyat etdirilməsini gözləyir. 9 ay müddətində qurum güləşçiyə maliyyə ayırmır. Əslində, Əsgərov Hindistanda qatıldığı bu turnirdə şəxsi istəyi ilə güləşib və aldığı zədə də ya onun şərəfini qoruduğu klub tərəfindən, ya da öz şəxsi büdcəsi hesabına həll edilməli idi.

Toğrulun turnirə qatılması Azərbaycan güləş millisinə təkcə bununla zərbə vurmur. Məhz həmin yarışdan sonra Olimpiya mükafatçımızın qanında dopinq aşkarlanır. O, Hindistanda yediyi qidaya görə diskvalifikasiya olunur. Düzdür, Toğrul yarışdan qayıdarkən dopinqə ilişə biləcəyini federasiyaya deyir. Qurum rəsmiləri ona bunu gizlin saxlayıb həll edəcəklərini bildirirlər. Lakin sonradan bu məsələ ortaya çıxır.
Maliyyə problemləri məngənəsində və üst-üstə olan qalmaqallardan sonra Toğrul Əsgərov millimizdən imtina etmək qərarına gəlir. Hazırda Türkiyədə əməliyyatda olan idmançımız yaxın günlərdə Azərbaycana gələcək və AGF ilə danışıqlar masasına oturacaq.

Digər əldə etdiyimiz məlumata görə, Türkmənistan Güləş Federasiyası təkcə Toğrula deyil Hacı Əliyev və Cəbrayıl Həsənova da onların bayrağı altında güləşməyi təklif edib. Baş məşqçi Firdovsi Umudovu da heyətlərində görmək istəyən mərkəzi asiyalıların bu təklifinə Umudov "yox” cavabı verib. O, Hacı və Cəbrayılı da fikrindən döndərə bilib. Lakin Əsgərov getməyi qərara alıb.
Maraqlıdır ki, Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov açıqlamasında məlumatları təkzib edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi