Gələn həftədən havanın temperaturu 40 dərəcəyə qalxacaq

img

23-07-2010 [04:56]


Bakıda və Abşeron yarımadasında həftəsonu dəyişkən buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxtda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 25-27?, gündüz 33-35?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29? isti olacaq. İyulun 25-də arabir hava tutulacaq. Havanın gün ərzində əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28?, gündüz 32-35 təşkil edəcək. Növbəti həftənin ilk günü isə günəşli hava olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 25-28?, gündüz 35-39? olacaq. Azərbaycanın rayonlarında iyulun 24-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26?, gündüz 32-37?, dağlarda gecə 14-17?, gündüz 23-28? təşkil edəcək. İyulun 25-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27?, gündüz 33-38?, 26-da bəzi yerlərdə 40?, dağlarda gecə 14-17?, gündüz 23-28? kimi qalxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA