Azərbaycanda daha 18 ton yararsız dondurma məhv edilib

img

23-07-2010 [04:54]


Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 13,5 ton və qüvvədə olan normativ sənədlərə görə yararlılıq müddəti bitmiş 1,3 ton dondurmanın Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti altında məhv edilməsi, həmçinin etiketində saxlama müddəti normativ sənədlərdə müəyyən olunmuş müddətlərdən artıq göstərilmiş 3,2 ton dondurmanın isə yenidən markalanması barədə ?AER? şirkətinə icrası məcburi olan göstəriş verilmişdi. ?AER? şirkətinin yenidən markalanmanın texniki cəhətdən mümkünsüzlüyü barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciəti nəzərə alınmış, Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti ilə müvafiq tədbirlər görülməsi ilə bağlı icrası məcburi göstəriş verilmiş 18 ton dondurma qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA